Sabaha olan hava məlumatı açıqlanıb

12:19 - 15 Aprel 2017 - ÖLKƏ İÇİ

Aprelin 16-da ölkə ərazisində müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı  ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 Havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz  16-18° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi  norma daxilində  760 mm civə sütunu,nisbi rütubət    gecə 75-85 %, gündüz 60-70 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
 Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Xəbər xətti