Cəlilabadda ev yanıb

09:24 - 15 Aprel 2017 - HADİSƏ

Cəlilabad rayonu, Qarazəncir kəndində yağın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti