Ana səhifə
21 Sentyabr 2018

İlhamə Quliyeva onları it kimi qovub - Video

Xalq artisti İlhamə Quliyeva maraqlı açıqlamalar verib. 

Ucnoqta.az xəbər verir ki,  sənətçi “Onlar”a müsahibəsində soyğuna məruz qaldığını deyib:

“Özümü çox istəyirəm, özümə yaxşı baxıram. Çoxları deyir ki, İlhamə özündənrazıdır. Yanılırlar, mən özümdən artıqlaması ilə, çox razıyam. Çünki mən yaxşı insan, gözəl sənətkaram. Xalqım, dövlətim məni sevir. Mənim dəyərim var. “Fanat” sözündən xoşum gəlmir, səmimiyyəti sevirəm. Məni insanlar səmimi istəyir. Bir saniyə hiss etsəm ki, əvvəlki kimi sevilmirəm, çıxıb oturaram evdə. Elə azğın, çaşan məxluqlar var ki, hansı məzhəbə qulluq etdikləri bilinmir. Çıxıb deyir ki, gedib otursunlar evlərində. Mənə heç kim söz atmasın. Nəinki mənə, mənim səviyyəmdə olan heç bir sənətkara. Mən Tükəzban xanımla Həbib müəllimin ailə akademiyasında təhsil almışam. Elə bir ailənin üzvüyəm ki, heç kəs nəsə deyə bilməz. Sən kimsən o sözü deyəsən? Yadına sal gör, sənə çörəyi burada kim verib? Vaxtı ilə əlindən tutduqlarım, çörək verdiklərim cibimə girib, pulumu oğurlayıblar. Anam rəhmətə gedəndən sonra onun kartı ilə bir il bankdan pul çəkib yeyiblər. Cibimdən dövlətə neçə min pul ödəmişəm. Mən bu cür hallar görmüşəm. Süfrəmdə oturub çörəyimi yeyə-yeyə başqalarına mesaj, ağızlarına gələni yazıblar. Onları it kimi qovdum. İndi yanımda biri də yoxdur ”.(Axşam.az)

 

Tarix
17 Noyabr 2014 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin