Bakıda baş verən yol qəzasında iki qardaş yanaraq ölüb - ADLAR

11:19 - 14 Aprel 2017 - HADİSƏ

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

*** 

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. FHN-in saytında verilmiş məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb, avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilmişdir. Digər avtomobil yanğından mühafizə olunub.
 Əməliyyat saat 09:02-də başa çatıb.

Xəbər xətti