Ana səhifə
21 Sentyabr 2018

«Başını Elçinin sinəsinə qoyub deyirdi ki…»

Nahidə Orucova: «Gülşən Qurbanova ölümdən çox qorxurdu»

 

Mərhum xalq artisti Gülşən Qurbanova teatrda, kinoda və  televiziya tamaşalarında oynadığı rollarla hər zaman yaddaşımızda sevimli aktrisa kimi yaşayır. O, aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanlının həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır. Gülşən Qurbanova Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1979-cu ildən 2006-cı ilə qədər Gənc Tamaşaçılar Teatrında işləyib.  Aktrisa “Mənim nəğməkar bibim”, “Şirinbala bal yığır” Eyzəngül, “Ana laylası” Çiçək və “Ad günü”, “Adam ol”, “Arvadım mənim, uşaqlarım mənim” və digər tamaşalarda, kino və televiziya tamaşalarında iştirak edib. Xalq artisti noyabrın 17-də Bakıda vəfat edib.
Gülşən Qurbanova haqqında xatirələrini “Üç nöqtə”yə danışan əməkdar artist Nahidə Orucova  qeyd etdi ki, Gülşən Qurbanova çox gözəl, pozitiv, zarafatcıl və gülərüz insan olub: “Amma onun bir xasiyyəti vardı, ölümdən çox qorxurdu. Həmişə deyirdi ki, ölmək istəmirəm, yaşamaq istəyirəm. Axırıncı gününə qədər bu sözü deyirdi. Ancaq onun bir zarafatı da vardı. Həmişə deyirdi ki, “Allah məni öldrüməsin”. Deyirdik ki, ay Gülşən, elə deyil “Allah məni öldürsün” deyirlər. Deyirdi ki, qoy kim «öldürsün» deyir, onu öldürsün. Məni niyə öldürsün? O cür zarafatları vardı. Həmişə gülürdü. Efirdə onun qəhqəhəsi aləmə düşürdü. Ürəkdən gülürdü. O efirə “Qaynar qazan” verilişi ilə başlamışdı. Son günü də efirdə oldu. Rəhmətlik Azər Mirzəyevlə həmin gün efirə çıxmışdı. Biz tez-tez onunla rəhmətlik Hacıbaba Bağırovun ailəsində görüşürdük. Çünki o ailə ilə yaxın idi. Son zamanlar Musiqili Teatrda da fəaliyyət göstəridi. Bizim teatra dəvət eləmişdilər. Bir  neçə tamaşada onunla tərəf müqabili olduq. Çox gözəl aktrisa idi. Gülşən “Mavi işıq” verilişinə hər dəfə Azər Mirzəyev və Yasin Qarayevlə çıxırdı. İki dəfə infakt keçirmişdi. Çəkilşlər gedən ərəfədə birinci dəfə infarkt keçirmişdi. Çəkiliş ona görə qaldı. Azər ona dedi ki, ay Gülşən, bəs neynəyək, bizim səhnəmiz qaldı. Dedi ki, mənim əvəzimə bir nəfər oynaya bilər, o da Naidədir. Mən öz rolumu başqasına həvalə edə bilmərəm. Bir neçə dəfə onun yerinə “Mavi işıq”da çıxış elədim. Biz eləcə də çox gözəl rəfiqə olmuşuq. Demək olar ki, günlərimiz bir yerdə keçirdi. Restoranı vardı. Hər axşam ora çağırırdı.  Sonra otel-restoranı vardı. Orada şou-proqramlar aparırdı. Həm də ortaq kimi işlədirdi. Günümüz bir yerdə keçirdi. Biz o qədər yaxın olmuşuq. Gülşən Qurbanovanın ürəyi zəif idi. Ona deyirdilər ki, siqaret çəkmək olmaz. Deyirdi ki, kimə nə, siqaret çəkirəm, özüm bilərəm”
Əməkdar artist dedi ki, Gülşən Qurbanova nəvə arzusunda idi: “Nəvə yolu gözləyirdi. Qızı 7 il idi ailə qurmuşdu, ancaq uşağı olmurdu. Uşağın 40-ı çıxmağını gözləməyərək, 20-ci günündə bizi restorana dəvət elədi. Dedi ki, birdən öldüm getdim, sonra kim qeyd edəcək. Mən 7 ildir gözləyirəm». 

 

Nahidə Orucova onu da bildirdi ki, Gülşən Qurbanova ölməzdən bir gün əvvəl Hacıbaba Bağırovun qaynanası Şölə xanım onları qonaq çağırıb: “Çox gözəl əl qabiliyyəti vardı. Düşbərə bişirmişdi. Rəhmətlik Elçin Həmidov, Gülşən xanım da orada idi. Bütün axşamı Gülşən xanım başını Elçinin sinəsinə qoyurdu və deyirdi ki, ay Elçin, mən sənin üçün darıxacam. Mən heç getmək istəmirəm. Elçin dedi ki, kim hara gedir. Sən gedirsən, mən gedirəm. Belə zaratafatları vardı.Ölüm günü efirdən çıxdı, işə məşqə getdi. Sonra atelyeyə gedib tamaşa ünçün paltar tikdirəcəkdi. Həmin gün axşam infarkt keçirdi. Çox dəhşətli gün idi, biz inanmırdıq. İndii onun ölüm günüdür. Hər il onu yaxın dostları olaraq yad edirik. Doğum gününü də qeyd edirik. Dekabrın 19-u doğum günüdür. Allah rəhmət eləsin. O bizim qəlbimizdə yaşayır».

 

 

Rəqsanə

Tarix
17 Noyabr 2014 [16:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin