Metroda atışma: 1 ölü, 4 yaralı

11:13 - 14 Aprel 2017 - HADİSƏ

ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) metroda naməlum şəxs insanlara silahdan atəş açıb. Trend-in məlumatına görə, atışma nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. İnsident "West Lake" stansiyasında baş verib. Atəş açan şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti