Ərdoğan: PYD və YPG-nin Suriyada dövlət qurmalarına imkan vermərik

17:05 - 13 Aprel 2017 - SİYASƏT

Nə PYD-nin, nə də YPG-nin Suriyada dövlət qurmalarına imkan vermərik. SalamNews–un “Milliyet”-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Koalisiya qüvvələri ilə danışıqların davam etdiyi qeyd edən Ərdoğan bildirib ki, Türkiyə sərhədlərində nə PYD-ə, nə də YPG-yə yer var: “Cerablusa girdik, niyə? Çünkü İŞİD və PYD orada idi. Raiyə girdik, amma dayanmadıq. Dabikə girdik. İŞİD-i oradan da çıxartdıq. Gördük ki, buda kifayət etmir. Əl-Baba daxil olacağımızı dedik. Oranı da təmizlədik. Hal-hazırda əl-Babda yerli əhali yaşayır. İndi Mənbic barədə danışırıq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Məzlumun torpağını özünə qaytaracağıq. Koalisiya qüvvələri ilə  danışıqlarımız davam edir. Nə PYD-yə, nə də YPG-yə sərhədlərimizdə yer yoxur. Onlara oralarda dövlət qurmalarına imkan vermərik. Dünyada və bölgəmizdə yenidən formalaşdırılma prosesinin getdiyi bir dövrdə gözünü ölkəmizə dikənlər qarşılarında 80 milyonluq xalqı görərlər”.

Xəbər xətti