Ronaldodan yeni rekord

09:41 - 13 Aprel 2017 - İDMAN

“Real Madrid”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib. Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub. Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

Xəbər xətti