Göyçayda DYP maşını qəza törədib - FOTO

15:53 - 12 Aprel 2017 - HADİSƏ

Dövlət Yol Polisinə məxsus avtomobil qəza törədib. "Report"un xəbərinə görə, hadisə günorta saat 15 radələrində Bakı - Şamaxı - Yevlax magistralının Göyçay şəhəri Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi opel markalı minik maşını ilə köməkçi yoldan baş yola çıxarkən magistral yolda hərəkətdə olan göyçay rayon polis bölməsinə məxsus və Elman Əliyevin idarə etdiyi BMW markalı 99-YS-621 dövlət nömrə nişanla toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti