Çin rəsmisi Şimali Koreyaya xəbərdarlıq edib

11:32 - 12 Aprel 2017 - SİYASƏT

“Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U Davey bildirib. “Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, - deyə çinli diplomat vurğulayıb. Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.

Xəbər xətti