Ermənistanda Dilican tuneli yaxınlığında qəza: 13 yaralı - FOTO

13:30 - 11 Aprel 2017 - HADİSƏ

Ermənistanda Dilican tuneli yaxınlığında baş verən yol qəzası nəticəsində 13 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, qəza Yerevan-Sevan-İcevan avtomobiul yolunun 78-ci kilometrliyində “Daweoo” və “Volkswagen” minik avtomobillərinin toqquşması nəticəsində baş verib. Məlumata görə, yaralılardan biri 63 yaşlı Arevik Q. Ermənistan Mərkəzi Bankının Dilicandakı Təlim Mərkəzinin əməkdaşıdır.


Xəbər xətti