Avtomobildən 6400 ədəd siqaret aşkar edildi

11:50 - 11 Aprel 2017 - HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə DGK-dan məlumat verilib. Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti