Yük avtomobili ilə minik maşını toqquşdu - 5 ölü, 1 yaralı

11:42 - 11 Aprel 2017 - HADİSƏ

Rusiyanın Orel-Bryansk avtomoil yolunda ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərdən 2-nin qadın olduğu bildirilir. Onlar Orlovsk vilayətinin Uriçk rayonunun sakinləridir. Ölənlər minik avtomobilinin sərnişinləri olub. Qəza zamanı həmçinin yük avtomobilinin də sürücüsü ağır xəsarət alıb. O, ağır vəziyyətdə Orlovsk vilayətinin xəstəxanasına çatdırılıb. 

Xəbər xətti