Bakıda 36 yaşlı kişi intihar edib

10:47 - 11 Aprel 2017 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə Bahar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, iki uşaq atası, 1981-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti