Bəzi çaylarda sululuq artıb

13:59 - 10 Aprel 2017 - ÖLKƏ İÇİ

Ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 222 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 220 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 22, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə 7 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 375 sm (2016-cı il aprelin 10-da 428 sm), Şirvanda 241 sm (2016-cı il aprelin 10-da 343 sm), Salyanda 190 sm (2016-cı il aprelin 10-da 267 sm), Bankədə 191 sm (2016-cı il aprelin 10-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il aprelin 10-da 135 sm) təşkil edir.

Xəbər xətti