Ana səhifə
19 Yanvar 2018

Əli Əhmədov: "Dünyadan bizə qarşı ədalətsizliyin aradan qaldırılmasını gözləmək haqqımız var"

"Dünyada heç də bütün ölkələrdə uşaqlar təhsil ala, lazımınca qidalana, sabitlik və əmin-amanlıq şəraitində yaşaya bilmirlər". APA-nın məlumatına görə, bunu bu gün 132-134 saylı təhsil kompleksində "Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil" mövzusunda keçirilən açıq dərsdə baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, Suriyada qanlı müharibə zamanı çoxlu sayda uşaqların həlak olduğu məlum olub: "Bu problemlər dünyanın ən nüfuzlu təşkilatı olan BMT-ni də qayğılandırır. BMT 17 məqsədə çatmaq üçün 2030-cu ilə qədər olan dövrü əhatə edən proqram hazırlanıb. Afrika və Asiyanın bir çox ölkələrində iqtisadiyyat zəifdir, insanlar aclıqdan əziyyət çəkir, toqquşmalar şəraitində yaşayırlar. Ona görə də Azərbaycan BMT-nin bu proqramına qoşulub".

Baş nazirin müavini qeyd edib ki, təhsil hər bir insanın xoşbəxt həyatının təmin olunmasında vacib amillərdən biridir: "Şəxsi xoşbəxtlik yaxşı təhsil almadan mümkün ola bilməz. İkincisi, insan təklikdə xoşbəxt ola bilməz. Millətin, dövlətin, dünyanın xoşbəxt gələcəyi bu gün gənc nəslin aldığı yaxşı təhsildən asılıdır. BMT-nin "Dünyamızı dəyişək!" devizi altında həyata keçirilən proqramının da məqsədi budur. Dünyanın inkişaf etmiş ölkələrinin bu səviyyəyə çatması təhsilin səviyyəsi ilə bağlıdır. Geri qalmış ölkələrdə isə zamanında təhsilin inkişafına diqqət yetirilməyib". Ə.Əhmədov nəzərə çatdırıb ki, dünyanın hər yerində ədalətin bərqərar olması vacibdir: "Şagirdlərin biri BMT-nin Azərbaycan ofisinə məktub yazıb. Bu, haqlı bir məktubdur. Bizim torpaqlarımız işğal olunub, 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkünlərimizə qarşı haqsızlıq olur. Dünyada ədalətin bərpa olunması hər yerdə ədalətin bərpa olunmasından keçir. Bütün dünyadan Azərbaycana qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasını gözləmək haqqımız var". 

Tarix
10 Aprel 2017 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ