Sabaha olan hava məlumatı açıqlanıb

13:03 - 10 Aprel 2017 - ÖLKƏ İÇİ

Aprelin 11-də ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 12-17° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65%  təşkil edəcək.
 Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Xəbər xətti