Avtomobildən mobil telefonlar aşkar olunaraq götürülüb

11:55 - 10 Aprel 2017 - ÖLKƏ İÇİ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Ucnoqta.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən, üzərində "CORN" yazısı olan 3 ədəd mobil telefon, 10 ədəd mobil telefon qutusu, 16 ədəd mobil telefon qidalandırıcısı aşkar edilib.

Xəbər xətti