İki avtomobil toqquşdu: bir ailənin iki üzvü xəsarət alıb - Qobustanda

11:28 - 10 Aprel 2017 - HADİSƏ

Qobustan rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobillinin toqquşması nəticəsində Ağsu rayonunun Bico kənd sakini, 1963-cü il təvəllüdlü Əmrəliyev Mübariz Əlihüseyn oğlu və gəlini 1995-ci il təvəllüdlü Əmrəliyeva Saçlı Yaqub qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti