Bakıda gözəllik salonu yanıb

14:00 - 9 Aprel 2017 - HADİSƏ

Bakıda gözəllik salonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 m2 olan gözəllik salonunun lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti