Sabahın havası açıqlanıb- yağış yağacaq

12:10 - 9 Aprel 2017 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  Havanın temperaturunun gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək.
Azərbaycanın rayonlarında, sabah arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir. 

Xəbər xətti