Qazax sakini ehtiyyatsızlıqdan balta ilə ayağını kəsib

10:17 - 9 Aprel 2017 - HADİSƏ

Qazax rayonunda bədbəxt hadisə nəticəsində yerli sakin balta ilə ayağını kəsib. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Qarapapaq kəndində baş verib.
Kənd sakini, 1961-ci il təvəllüdlü, Məmmədov Mayis İsmayıl oğlu həyətdə ağac kəsən zaman ehtiyatsız davranaraq baltayla sol ayaq pəncəsində barmaqlarını kəsib. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti