Sabirabadda 65 yaşlı qadın özünü asıb

08:26 - 8 Aprel 2017 - HADİSƏ

Sabirabad rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, Axıska kənd sakini, 1952-ci il təvəllüdlü yaşlı Hümmətova Cəmilə Abdulhüseyn qız özünü yaşadığı evdə asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti