Şura qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

17:35 - 7 Aprel 2017 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək Şura ilə QHT-lər arasında müqavilələr imzalamaq üçün tələb olunan sənədlər, müqavilə öhdəlikləri, layihə idarə edilməsinin qayda və istiqamətləri, layihələrin icrası zamanı ortaya çıxan problemlər və onların həlli qaydaları, ötən il layihələrin həyata keçirilməsi zamanı  yol verilən nöqsanların təkrarlanmaması üçün atılacaq addımlar haqqında təqdimatla çıxış edib. Şuranın baş mühasibi Emin Məmmədov çıxışında maliyyə vəsaitinin idarə olunması, hesabatlılıq, nağdsız ödənişlər və digər zəruri məsələlərə toxunub. Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Elmin


Xəbər xətti