Malena Mard: "Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir"

10:36 - 7 Aprel 2017 - SİYASƏT

"Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı Avropa İttifaqının mövqeyi dəyişməzdir və bu mövqe hamıya məlumdur". Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bidirib ki, Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir: "Biz münaqişənin həlli ilə bağlı Minsk qrupunu və onun səylərini dəstəkləyirik. Avropa İttifaqının da münaqişə ilə bağlı xüsusi nümayəndəsi Helbert Salber fəaliyyətini davam etdirir".

Xəbər xətti