ŞOK: "Heyvanlaşmış uşaq tapıldı"

16:45 - 6 Aprel 2017 - MARAQLI

Hindistanda Mauqli uşaq tapılıb. İstiPress-in "utro.ru"ya istinadən verdiyi xəbərə görə, Hindistanın Uttar-Pradeş ştatının polisi xəbər verib ki, meşədə özünü insan kimi aparan amma danışmağı bacarmayan uşaq tapılıb. Yerli mətbuatın xəbərinə görə, 8 yaşlı qız meymunların içində böyüyüb və onların "tərbiyəsini" alıb.

Qızı polis inspektoru tapıb. O bildirib ki, uşaq özünü meymunların arasında çox rahat hiss edirmiş. Uşağı götürmək istəyəndə meymunlarla bərabər balaca qızcığaz da səs-küy salmağa başlayıb. Polisin üstünə hücum ediblər. Çətinliklə də olsa, uşağı heyvanlardan ayırıb xəstəxanaya gətiriblər.

Müayinələrdən sonra həkimlər bildiriblər ki, Mauqli-uşaq nitq qabiliyyətinə malik deyil, danışa bilmir, heyvanlar kimi qidalanır və insanlardan qorxur. Onlar bildiriblər ki, qız tez-tez özündən çıxır, qəzəblənir.

Bir müddət xəstəxanada qaldıqdan sonra onun vəziyyəti bir az düzəlib. Uşaq bəzən sürünərək hərəkət etsə də, yavaş-yavaş ayaqları üzərində gəzməyi öyrənir.

Xəbər xətti