"Qarabağ" dünyanın ən yaxşı klublarının siyahısında 55-cidir

14:23 - 6 Aprel 2017 - İDMAN

“Qəbələ” isə ötən illə müqayisədə  27 pillə irəliləyərək ilk “yüzlüy"ə düşüb

Dünyanın ən yaxşı klublarının növbəti siyahısı açıqlanıb. Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə dünyanın ən yaxşı 405 komandası yer alıb. Siyahıda klublarımızdan “Qarabağ” və “Qəbələ”nin də adı var.
Ağdam təmsilçisi 155 xalla 55-ci pillədədir. Qurban Qurbanovun komandası “Arsenal”, “Lester”,  “Porto”, “Zenit”, “Lion” kimi komandaları arxada qoyub. "Qarabağ" ötən illə müqayisədə 22 pillə irəliləyib. 
Digər təmsilçimiz “Qəbələ” isə ötən illə müqayisədə  27 pillə irəliləyərək ilk “yüzlüy"ə düşüb. Roman Qriqorçukun komandası  125 xalla 97-ci pillədə qərarlaşıb. Əyalət təmsilçisi “Çelsi”,  “Beşiktaş”,  “Marsel”  kimi böyük klubları arxada qoyub. 
Ötən il 92 xalla 192-ci yerdə qərarlaşan Bakı "İnter"i isə İFFHS-in siyahısını tərk edib.
Qeyd edək ki, siyahıya Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir. "Real” (Madrid)  2-ci, “Barselona” 3-cü yerdədir.

Xəbər xətti