İsrail səfiri: "Aprel hadisələrindən sonra Qarabağ münaqişəsinin həllinə ümid var idi"

12:09 - 6 Aprel 2017 - SİYASƏT

"Ötən ilin aprelində Dağlıq Qarabağ zonasında baş verən hadisələrdən sonra münaqişənin həll olacağı ilə bağlı ümid var idi". Ucnoqta.az xəbər verir ki, Apa-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.  

Diplomat Azərbaycan və Ermənistan prezidentlərin ötən ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqada görüşdüklərini xatırladıb.
 "Təəssüf ki, münaqişənin həllinə dair ümidlər özünü doğrultmadı. Biz hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. İsrail ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Çünki münaqişə tərəfləri də bu formatı dəstəkləyir", - deyə o bildirib.
 Diplomat İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb.

Xəbər xətti