23 min manat qazanmaq istəyirsiz?

11:41 - 6 Aprel 2017 - MARAQLI

Fransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə. Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır. Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar. Başqaları qeyd edilən məbləğin az bir hissəsini qazanmaq üçün çalışıb-vuruşduğu günlərdə istəyən şəxs 60 gün ancaq yataqda uzanmalıdır.  Bu yolla fransız alimlər insan bədəninin davamlı çəkisizlikdə göstərdiyi nəticələri müəyyən etməyə çalışacaqlar. Onların ideyasına görə, bu qədər uzun müddət uzanmaq yalançı çəkisizlik effektini stimullaşdırır. Hələlik təcrübənin nə zaman başlayacağı açıqlanmayıb.(istipress)

Xəbər xətti