Ana səhifə
19 Sentyabr 2018

Olland: "Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün öhdəliyini davam etdirəcək"

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident,

Fevralın 21-də Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu.
Sevinirəm ki, bu 25 il ərzində bizim ölkələrimiz dayanmadan inkişaf edən və şaxələnən möhkəm əlaqələr qurublar. 2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu.
Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir.
Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər.
Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək.
Cənab Prezident, Sizə çox yüksək ehtiramımın olduğuna əmin olmağınızı xahiş edirəm".

Tarix
5 Aprel 2017 [16:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin