Ana səhifə
21 Sentyabr 2018

Əbülfəs Qarayev BMT-də bır sıra görüşlər keçirib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-də görüşləri davam edir. Nazirliyin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, Əbülfəs Qarayev BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşüb. Görüşdə BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyi və onun əhəmiyyəti, xüsusilə 4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Təşkilatların rəhbərlərinin 1-ci Yüksək Səviyyəli Görüşünün mövzuları barədə müzakirələr aparılıb. Nazir Əbülfəs Qarayev qeyd edib ki, Bakı Prosesi çərçivəsində keçiriləcək Forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. BMT-nin bu prosesdə fəal rolu bu sahədə fəaliyyətə dəstək olacaqdır. Baş katibin müavini Azərbaycanın bu sahədə fəaliyyətini alqışladığını və bu məsələni BMT baş katibinin diqqətinə çatdıracağını bildirib.

Daha sonra Əbülfəs Qarayev BMT-nin baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşüb. Görüşdə BMTİP-nin Forumda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edilib. Cihan Sultanoğlu ötən ilin sentyabrında Azərbaycana səfərini xatırladaraq ölkəmizin inkişafının onda olduqca xoş təəssürat yaratdığını qeyd edib.

Səfər çərçivəsində BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramının rəhbərinin müavini ilə də görüşlər keçirilib. İnformasiya departamenti ilə görüşdə Forumun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə isə Forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə extremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparılıb.

Tarix
5 Aprel 2017 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin