Sabahın havası açıqlanıb- 22° isti olacaq

13:04 - 5 Aprel 2017 - ÖLKƏ İÇİ

Aprelin 6-da ölkə ərazisində müşahidə ediləcək hava məlumatı açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
 Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
 Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
  Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər xətti