Ana səhifə
23 Sentyabr 2018

Aprel döyüşlərinin şəhidləri Gənc Tamaşaçılar Teatrında anılacaqlar

Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir premyeraya hazırlıq yekunlaşmaq üzrədir. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, aprel ayının 5-də saat 19.00-da teatrda “Yarımçıq qalmış” tamaşasının premyerası baş tutacaq. Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar. 
Məlumat üçün bildirək ki, tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu  Samir Kaçayevin xatirəsinə həsr olunub. 

 

 

                                                                                         


 

Tarix
5 Aprel 2017 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin