Sabirabadda qatar avtomobillə toqquşub

09:30 - 5 Aprel 2017 - HADİSƏ

Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 04:55-də başa çatıb.

Xəbər xətti