Ana səhifə
22 Sentyabr 2018

Türk futbolçu seçim qarşısında

Futbolçuya "Bavariya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Siti"dən təkliflər gəlir

 

Türk futbolçu Hakan Çalhanoğluna 4 Avropa nəhəngindən təklif gəlib.

"Bayer Leverkusen" forması geyən futbolçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu oğlu ilə bağlı açıqlamar verərək Hakanı transfer etmək istəyən klubların adlarını açıqlayıb. O bildirib ki, "Bavariya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Siti"dən transfer təklifi gəlib.

Hüseyn Çalhanoğlu oğlu Hakan Çalhanoğlunun Almaniyada diqqətlə izləndiyini qeyd edib: "Hakanı yay transferi zamanı "Bavariya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Siti" kimi klublar istədi. Ancaq, biz "Leverkusen"i seçdik".

Bu seçimin səbəblərinə də toxunan Çalhanoğlu oğlunun ehtiyatda qalmasını istəmədiyini deyib: "Oğlum bəlkə "Bavariya"nın, "Real"ın heyətində ehtiyatda qala bilərdi. Amma, "Leverkusen"də davamlı olaraq oynayacaq. "Leverkusen" çempion olarsa o zaman oğlum daha böyük klublara gedəcək". ANS PRESS

Tarix
8 Oktyabr 2014 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin