Rusiya XİN Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə bəyanat yayıb

13:04 - 4 Aprel 2017 - DÜNYA

 "Rusiya və Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət birləşdirir. Əsrin dörddə bir hissəsində bu əvəzolunmaz irsi qoruya və artıra, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə gətirə bilmişik".
"Report" xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə yaydığı bəyanatda yer alıb.
Bəyanatda siyasi dialoqun yüksək intensivliklə xarakterizə olduğu qeyd edilib.

Xəbər xətti