Sabaha olan hava məlumatı açıqlanıb

14:40 - 2 Aprel 2017 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində müşahidə olunacaq hava məlumatı açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarına gəlincə, aprelin 3-də arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.  

Xəbər xətti