Ana səhifə
20 Avqust 2018

Kanalların yayım tezliyi dəyişdi

“Azərkosmos” ASC türk kanallarının yayım tezliyinin dəyişməsini elan edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, artıq televiziya izləyiciləri “Kanal D”, “Star TV”, “TV8 Int”, “Show TV”,”ATV”, “NTV Int”, “CanAzerbaycan TV”, “Zuhur TV” kimi kanallarını yeni 11015 H 30000 tezliyində izləyə bilərlər.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

 

Tarix
8 Oktyabr 2014 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin