İnək öldürənlərə ömürlük həbs CƏZASI

14:44 - 31 Mart 2017 - MARAQLI

Hindistanın qərbində yerləşən Qucarat ştatında inəklərin öldürülməsinə görə ömürlük həbs cəzası veriləcək. Trend-in məlumatına görə, bu barədə qanun layihəsini ştat məclisi təsdiq edib. Bundan əvvəl, inəklərin öldürülməsinə görə yeddi illik həbs cəzası verilirdi. Bundan başqa, inəklərin daşınması ilə bağlı da cəzalar artırılıb. Belə ki, iri buynuzlu mal-qaranın daşındığı avtomobil ömürlük müsadirə olunacaq.

Xəbər xətti