Beynəlxalq Bankın rəhbərliyində kadr dəyişikliyi baş verib

12:22 - 31 Mart 2017 - İQTİSADİYYAT

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. "APA-Economics" xəbər verir ki, bankın İdarə Heyətinin sədr müavini Ülvi Mansurov işdən çıxıb.
Hələlik Ü.Mansurovun yerinə təyinat yoxdur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə "APA-Economics"ə verilən məlumata görə, Ü.Mansurov "Azərpoçt" MMC-nin baş direktoru təyin olunub.
Qeyd edək ki, Ü.Mansurovun "Azərpoçta"a təyinatını ilk olaraq "Qafqazinfo" portalı yazıb.
Əlavə edək ki, Ü.Mansurovdan öncə "Azərpoçt"un baş direktoru Sübhan Kazımov olub.
Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Xəbər xətti