Rəqs edən milyonçu Bakıya gəlir - VİDEO

11:26 - 30 Mart 2017 - MAQAZİN

Bir sıra sosial şəbəkələrdə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq qatılacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalında çıxış edəcək. O, festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.//istipress

Xəbər xətti