Ancelina Colinin sirləri ortaya çıxdı

11:25 - 30 Mart 2017 - MAQAZİN

"Paramount Pictures" film şirkətinin prodüseri Şerri Lensinq "Lara Kroft" sikvelinin baş qəhrəmanı olan Ancelina Colinin həyatı haqda bir sıra gizli məqamlardan söhbət açıb. Qərb mətbuatına danışan prodüser ilk seriyanı 2000-ci ildə çəkərkən 24 yaşlı Colinin narkotikdən asılı olması haqda söhbətlərin yayılmasından danışıb. Bildirib ki, bu səbəbdən də onun nüfuzu o qədər yaxşı deyilmiş. Bütün çəkiliş prosesi müddətində Coli hər gün narkotik maddə istifadə edib-etməməsi barədə test verir və bununla bütün kollektiv üçün narahatlıq yaradırmış. Digər problem isə aktrisanın rolunu canlandırarkən aldığı zədə olub. İndiyədək "Lara Kroft" haqda 3 film çəkən prodüser ən çətin çəkilişlərin ilk seriyada olduğunu deyib. Lakin buna baxmayaraq filmin gəliri 275 milyon dollar olub. Bu da filmin ikinci seriyasının çəkilişlərinə stimul verib. Filmin növbəti seriyası gələn il işıq üzü görəcək. Ekran işində Ancelina Colini Alisiya Vikander əvəz edəcək. //İstiPress

Xəbər xətti