Tovuzda 22 yaşlı qız dəm qazından zəhərlənib

13:30 - 29 Mart 2017 - HADİSƏ

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Tovuz rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə martın 29-da səhər saatlarında rayonun Xatınlı kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı evlərində dəm qazından zəhərlənib. L.Abbasova ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Xəbər xətti