Ermənilər Ağdamın işğal olunmuş ərazilərində hərbi təlim keçir

12:24 - 29 Mart 2017 - Xəbər

Erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər. Ucnoqta.az -ın Apa-ya istinadən xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan “Uzundərə” adlı ərazisində hərbi təlimlər başlanıb.
Təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Xəbər xətti