17 yaşlı oğlanı maşın vurdu: sürücü qaçıb - Bərdədə

11:50 - 29 Mart 2017 - HADİSƏ

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini 2000-ci il təvəllüdlü İlqar Vüqar oğlu Məmmədovu yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan "VAZ-2107" markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün tapılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Xəbər xətti