FİFA-dan Messiyə ağır cəza

20:10 - 28 Mart 2017 - İDMAN

Argentina yığmasının futbolçusu Lionel Messi cəzalandırılıb. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, FİFA 29 yaşlı superulduza sanksiya tətbiq edib.
Belə ki, “Barselona”nın üzvü millinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti 4 oyunda iştirak edə bilməyəcək. Messinin diskvalifikasiya edilməsinə Çili ilə matçda (1:0) yan xətt hakimini söyməsi səbəb olub.
Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq.
4 oyunluq cəza ilə yanaşı, argentinalı futbolçuya 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Xəbər xətti