Ərəb turistin itmiş telefonu tapılaraq sahibinə qaytarılıb

13:04 - 28 Mart 2017 - HADİSƏ

Polis əməkdaşları Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistin itmiş telefonunu tapıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ RPŞ-yə müraciət edib.
 Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.

Xəbər xətti