Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib

12:21 - 28 Mart 2017 - MEDİA

Gürcüstanda nəşr olunan Azərbaycandilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlu Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib. Diplomları onlara Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Marneuli Mərkəzi Kitabxanasında düzənlənmiş tədbirdə təqdim edib. 
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstanda səfərdə olan Ə.Amaşov bildirib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir. Həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir. Bununla yanaşı jurnalistlərin Gürcüstanda yaşayan soydaşlarımızın durumuna həssas yanaşmaları, onların üzləşdikləri çətinlikləri daim gündəmdə saxlamaları mühüm peşəkarlıq keyfiyyətidir. 

B.Məmmədov və N.Almazoğlu çıxışlarında əməklərinə verilən dəyərdən məmnunluqlarını ifadə ediblər. 

Xəbər xətti