Ötən gün dənizdə batan şəxsin axtarışları davam etdirilir

11:23 - 28 Mart 2017 - Xəbər

Martın 27-də Kür çayının Xəzər dənizinə qovuşan hissəsində gəmidən yıxılaraq batan şəxsin axtarışları davam etdirilir. Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin batması barədə məlumat daxil olduqdan sonra Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Xəbər xətti