İki yük maşını toqquşdu: 1 nəfər ölüb - Ucarda

11:20 - 28 Mart 2017 - HADİSƏ

Səhər saatlarında Ucarın Mürsülü kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qəza “Hyundai” və “Howo” markalı iki yük avtomobilinin toqquşması nəticəsində baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Hyundai” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti